Bazar günü səlahiyyətlərinin icrasına başlayan İranın yeni prezidenti Məsud Pezeşkian bu gün and içəcək.
Yenicag.az İran KİV-nə istinadən xəbər verir ki, Pezeşkianın inauqurasiya mərasimi İslam Şurası Məclisində (parlament) keçiriləcək.
İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi deyib ki, yeni prezident günortadan sonra and içəcək.
Prezidentin andiçmə mərasimi 70-dən çox xarici nümayəndə heyəti və 600 yerli və beynəlxalq jurnalistin iştirakı ilə keçiriləcək.
Azərbaycanı Pezeşkianın andiçmə mərasimində baş nazir Əli Əsədov və Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvləri təmsil edəcək.
Andiçmə qərargahının məlumatına görə, tədbirdə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək.
Andiçmədə Rusiya, Əlcəzair, Belarus, Qazaxıstan, Özbəkistan, Malayziya, İraq, Burkina-Faso, Uqanda, Komor adaları, Mali, Şri-Lanka, Seneqal, Şimali Koreya parlamentlərinin sədrləri iştirak edəcək.
Həmçinin BƏƏ, Livan, İordaniya, Myanma, Zimbabve, Qırğızıstan, Braziliya, Maldiv adaları və Qabon mərasimə vitse-prezident və baş nazirin müavini səviyyəsində qatılacaq.
Tanzaniya, Niger, Venesuela, Bəhreyn, Yəmən, Liviya, Misir, Sudan, Boliviya, Küveyt, Mavritaniya, Myanma, Konqo, Qambiya, Türkiyə və Eritreya da xarici işlər nazirləri səviyyəsində iştirakı elan edib.
Hindistan, Nikaraqua, Niger, Qana, Bolqarıstan, İslandiya, Tunis, Macarıstan, Kolumbiya, Ekvador, Meksika, Çili, Uruqvay, Malta və Sierra Leone də daxil olmaqla digər ölkələr də bu mərasimə öz nazirlərini və ya səfirlərini göndərəcəklər.
Tədbirdə adıçəkilən ölkələrlə yanaşı, beynəlxalq təşkilatların baş katibləri də iştirak edəcək./modern.az