İranın Bağdaddakı səfirliyinin binasında yanğın oldu – FOTO

İraqın paytaxtı Bağdadın Əs-Saləhiyyə bölgəsində yerləşən İran səfirliyinin həyətindəki gözətçi binada yanğın baş verib.

“Azad İran” bu barədə İraq mətbuatına istinadən xəbər verib.
Hələlik yanğının hansı səbəbdən meydana gəlməsi barədə dəqiq məlumat yoxdur.