!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Baş Konsulluğunun binası yandırıldı - İraqda

!Reklam – Yazi

İranın İraqın Bəsrə şəhərindəki Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

Yenicag.az xəbər verir ki, yüzlərlə nümayişçi diplomatik korpusun binasını ələ keçirərək od vurublar.

Bu gün 20 min nəfər sosial problemlərə etiraz olaraq küçələrə axışaraq Bəsrə valiliyinin binasını da yandırıblar.

İran isə Bəsrə şəhərində konsulluğuna edilən hücumu pisləyib və günahkarların dərhal cəzalandırılmasını tələb edib.

Bu barədə İranın xarici işlər nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib: “İran konsulluğuna edilən dəhşətli hücum və binanın yandırılması böyük maliyyə itkisinə səbəb olub. Xoşbəxtlikdən, biz bu diplomatik nümayəndəliyin əməkdaşlarının zərər çəkməsi barədə heç bir məlumat almamışıq”.

XİN nümayəndəsi İraq hökümətini günahkarları tapmağa və cəzalandırılmağa çağırıb: “Aydındır ki, İraq hökuməti təhlükəsizliyə məhəl qoymadığına görə məsuliyyət daşıyır və biz gözləyirik ki, hücum edənlər tezliklə tapılacaq və cəzalandırılacaq”.

www.yenicag.az

5355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv