!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranın casus şəbəkəsinin nüvəsi sadəcə dindarlar deyil, yüzlərlə başqa insan da...” – Novella Cəfəroğlu

!Reklam – Yazi

“Az qala hər səfirlikdə İranın bir adamını tapırıqsa, deməli, onların hamısını araşdırıb üzə çıxarmaq lazımdır”.

Bu fikirləri İranın Azərbaycanda qurduğu casus şəbəkəsinin sıradan çıxarılmasına yönəlik görülən tədbirləri dəyərləndirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin güc strukturları bu istiqamətdə başlanmış işləri uğurla yekunlaşdıracaqlar:

“Ümumiyyətlə, öncə bir məsələyə toxunmaq istərdim ki, Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasından sonra bu sahədə görülən işlər ortadadır və şəxsən mən o qurumun fəaliyyətini təqdir edirəm.

Həqiqətən, Əli Nağıyev bu işi çox yaxşı bilir və öz komandası ilə birlikdə dövlətin təhlükəsizliyi məsələsində effektli çalışır. Əvvəl də onun fəaliyyətini təqdir edəndə, məni məsxərəyə qoydular. Ancaq indi hər kəs gördü ki, Əli Nağıyev də, Vilayət Eyvazov da öz işlərini yaxşı bilirlər.

Düzdür, polisin fəaliyyətində nələrsə olur. Amma Türkiyəyə, başqa dövlətlərə baxın, nə qədər “razborka”lar olur… Ancaq bunu qeyd etməliyik ki, DTX ilə DİN-in fəaliyyəti nəticəsində Azərbaycanda bir dənə də mafioz struktur yoxdur. Ölkədə sabitliyin qorunmasında onların çox xidməti var.

Bu məsələyə gəldikdə isə, deyim ki, İranın casus şəbəkəsinin nüvəsi sadəcə dindarlar deyil, yüzlərlə başqa insan da “verbovka” edilib. Hətta az qala hər səfirlikdə İranın bir adamını tapırıqsa, deməli, onların hamısını araşdırıb üzə çıxarmaq lazımdır. İnanıram ki, DTX və DİN işi uğurla həyata keçirəcək”.

A.Zeynalov

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv