İranın dağıdıcı silahı – bundan ABŞ-da da yoxdur

İranda ABŞ-ın “bütün bombaların anası” hesab edilən GBU-23-ündən daha qüvvətli bir bomba hazırlanıb.

Yenicag.az xəbər verir ki, İran ordusunun komandirlərindən olan Əmir Əli Hacızadə rəsmi xəbər agentliyi İRNA-ya açıqlamasında bu barədə məlumat verib. Hacızadə, çəkisi 10 ton olan yeni növ bomba hazırladıqlarını bildirib. Onun sözlərinə görə, nüvə olmayan bu bomba “Mother of All Bombs” (bütün bombaların anası” hesab edilən GBU-43 bombalarından daha çox dağıdıcı qüvvəyə malikdir və onu “İlyuşin” tipli qırıcı təyyarələrdə asanlıqla istifadə etmək mümkündür.

COP29