İranın diplomat “fədailəri”: Avropaya qoyulan bomba “Vaşinqton Post”da

İran Milli Müqavimət Şurası Bildirir ki, İranlı rerrorçular xaricdə diplomat adı altında fəaliyyət göstərirlər.

Şəkildə: İran hərbisinin yüksək rütbəli zabitləri Suriyanın Hələb şəhərində xəritə üzərində öz əməliyyat planlarını qururlar.

2016-cı ildə İran Rusiya ilə birlikdə qiyamçıların hərbi dayaq postunu mühasirədə saxlayarkən yüzlərlə mülki şəxsi qətlə yetirərək vəhşilik törədiblər.

İranlı dissidentlərin verdiyi hesabat İslam rejimi sərt xətt tərəfdarlarının xarici ölkələrdə diplomatiya adı altında əməliyyatlar apardığını göstərir. İran Milli Müqavimət Şurasının verdiyi hesabata görə, Avstriyadan Albaniya və İraqa qədər ekspansionist (zorakı) İran səfirlikləri öz planlarının işləyib–hazırlandığı yerə çevirərək fəaliyyət göstərdikləri xarici ölkələrdə onların daxili işlərinə qarışır və müxalifəti təqib edirlər. Bu əməliyyatlar İranda böyük casus şəbəkəsi olan MEK-in tərkibində həyata keçirilir.

“İran: Terror və Nizamsızlıq” adlı hesabat İranın İraq, Suriya, Livan və Yəməndə reallaşdırdığı xarici müdaxilələrin təsvirini və İranın Avropa ölkələrində terroru maliyyələşdirməyə dair planlarını təqdim edir.

Hesabatda bəyan edilir ki, “İran əhalisinin əksəriyyəti yoxsulluq şəraitində yaşadığı zaman mollalar Yaxın Şərqdə özlərinin təcavüzkar siyasətlərini reallaşdırmaq üçün milyardlarla ABŞ dolları xərcləyirlər. İslam rejimi rəsmiləri bildiriblər ki, əgər İran, ölkəsinin hüdudlarından kənarda müharibələri qızışdıra bilmirsə, onda ölkəsinin daxili həyati əhəmiyyətli problemlərini həll etməyə çalışacaq. Regionda baş verən münaqişələr İran molla rejiminin ölkə daxilindəki böhrandan diqqətini yayındırır”.

İran Milli Müqavimət Şurasının təqdim etdiyi 57 səhifəlik hesabat Molla hakimiyyətinin xaricdə fəaliyyət göstərən İranın dövlət orqanlarına birbaşa göstəriş verməsindən və muzdlulara xarici ölkələrdə terror əməliyatlarını törətmək göstərişi verməyindən bəhs edir. Bu qurumlara daxildir: nüfuzlu təhlükəsizlik aparatı İslam İnqilabı Keşikçiləri Korpusu; güclü xarici hərbi təxribatçı dəstə Qüds qüvvəsi; Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi və onun əməliyyat dəstəsi; Xarici Kəşfiyyat və Hərəkat üzrə Təşkilat.

Tək Suriyada İslam İnqilabı Keşikçiləri Korpusu 100 mindən çox qoşuna nəzarət edir. Suriyada iranlılar Bəşər əl-Əsədin hakimiyyətdə qalması üçün onun qoşunları ilə birlikdə döyüşərək Birləşmiş Ştatların dediyi kimi “minlərlə günahsız insanı qətlə yetiriblər”.

İran Milli Müqavimət Şurasının İran “diplomatlar”ının fəaliyyətinə dair göstərdiyi bəzi hadisələr: Əsədullah Əsədi İranın Avstriyanın paytaxtı Vyana şəhərində “konsul” kimi fəaliyyət göstərir. Əsədi partlayıcı maddələr üzrə ekspertdir və 2004-2008-ci illərdə İraqda yerləşən Amerika hərbi qüvvələrinin öldürülməsində “həlledici rol” oynayıb. Avropa hüquq-mühafizə orqanları Əsədini həbs ediblər. Əsədullah Əsədi Paris yaxınlığında İran Milli Müqavimət Şurası üzvlərinin keçirdiyi böyük izdihamı dağıtmaq üçün bomba qoyulan maşın hücumunun gizli rəhbəri olub. İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi Vyanadakı İran səfirliyini iranlı dissidentlərə hücum etmək üçün təşkilati işlərin mərkəzi edib. Almaniya məhkəməsi bu ay Əsədinin Belçikaya ekstradisiya edilməsi barədə qərar verib.

İran kəşfiyyat və təhlükəsizlik naziri müavini Qulamhüseyn Məhəmmədnia 2016-cı ildən İranın Albaniyada səfiri vəzifəsində çalışır. Nə üçün Albaniya İrana bu qədər əhəmiyyətlidir? 2016-cı ildə İran MEK-in qərargahının İraqdan Tiranaya köçürülməsini başa çatdırdı. MEK İran Milli Müqavimət Şurası üzvlərinə qarşı bir neçə əməliyatlar keçirib. İran Milli Müqavimət Şurası bildirir ki, İranın Albaniyadakı səfirliyi getdikcə İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi agentlərinin nəzarəti altına keçməyə başlayıb.

İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Əməliyyatlar İdarəsinin rəhbəri Reza Əmiri Moğadam xarici ölkələrdə “diplomat” kimi yerləşdirilib. Reza Əmiri Moğadam 2007-ci ildə Birləşmiş Ştatların İraqdakı səfiri ilə görüşmək icazəsi alıb. İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Avropada fəaliyyət göstərən agentləri Tehranda onunla görüşərək hesabat verirlər. İran Milli Müqavimət Şurasının verdiyi hesabata görə, Reza Əmiri Moğadam xarici ölkələrdə İran tərəfindən reallaşdırılan terror əməliyatlarının əsas fiqurudur.

İranın İraqdakı səfiri İrac Mascedi həm də Qüds Qüvvəsinin veteran komandiridir. Qüds Qüvvəsi Birləşmiş Ştatlar qoşunlarına qarşı bomba ilə hücum edib. İrac Mascedi həmçinin, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general-mayor Qasım Süleymaninin baş müşaviridir. İslam İnqilabı Keşikçiləri Korpusu özünə Birləşmiş Ştatların düşməni kimi fəaliyyət prinsipi seçib. O, İraqda 100 mindən artıq müxtəlif Şiə yaraqlılarına nəzarət edir. Pentaqon hesab edir ki, İran anti-Amerika meylli iraqlılara kömək edərək yola qoyulan bombalar vasitəsilə 500 nəfər Birləşmiş Ştatlar əsgərini qətlə yetiriblər. İran müxalifətinin verdiyi hesabata görə, “İran rejiminin İraqda törədilən bütün terror əməliyatları İrac Mascedi tərəfindən idarə olunaraq nəzarət edilir. Molla rejiminin terrora nəzarət edən əsas fiquru səfir adı altında İraqın daxili işlərinə müdaxilə etməkdə davam edir”. General Süleymani İraqa çox səfər edib. Sonuncu dəfə onun İraqa bu ilin avqust ayında səfər etdiyi bildirilir. Adıçəkilən hesabatda bildirilir ki, “Qasım Süleymani İraqda İran rejiminin mövqeyini gücləndirmək üçün müxtəlif partiya və qrupları təhdid edir”. İranın ən böyük mübahisə apardığı yer Suriyadır. 2016-cı ildə İran Rusiya ilə birlikdə qiyamçıların hərbi dayaq postunu mühasirədə saxlayarkən yüzlərlə mülki şəxsi qətlə yetirərək vəhşilik törədiblər. İran Milli Müqavimət Şurası ehtimal edir ki, İran Suriyada baza qurmaq, qoşunlara ödəniş etmək və gəmi silahları əldə etmək üçün 100 milyard Amerika dolları ayırıb. Birləşmiş Ştatların dəstək verdiyi Əsəd əleyhinə döyüşən qiyamçılardan ələ keçirdiyi Raqqa şəhərini və qəddar İŞİD-dən azad olunan digər şəhərlər də daxil olmaqla İran Suriyanı beş hərbi əməliyatlar zonasına bölüb. General Süleymani İranda Əfqanıstan, Pakistan və İraqdan olan döyüşçülərə, o cümlədən İranın maliyyələşdirdiyi Livanın Hizbulla ordusuna nəzarət edir.

İran Milli Müqavimət Şurası bildirir ki, MEK 270 üzvü ilə birlikdə özünün yeni qərargahını Albaniyada yerləşdirdikdən indiyə kimi İran özünün əsas fəaliyyət elementlərini çılpaqlığı ilə ortaya qoyaraq “iki diplomatik heyətini Avropada fəaliyyət göstərən ən mühüm səfirliklər” kimi üzə çıxarır.

Daha sonra hesabatda qeyd edilir: “2017 ildə Molla rejiminin Avstriyadakı səfirliyində kəşfiyyat şöbəsinə rəhbərlik edən Müstafa Rudəki sonradan İranın Albaniyadakı səfirliyində kəşfiyyat şöbəsinə rəhbər təyin edilib. Bu vəzifələrdə çalışarkən Mustafa Rudəkiyə MEK əleyhinə artan casusluq və terror fəaliyyətinə qarşı mübarizə aparmaq tapşırılıb”.

Hesabatda deyilir ki, bu ilin mart ayında alban hüquq-mühafizə orqanları Novruz şənliklərində yük maşınını partlatmağı planlaşdıran iki İran agentini həbs edib.

Rouən Skaboraf (Rowan Scarborough)
The Washington Times

Qeyd: “The Washington Times” Amerikanın yeritdiyi siyasətə dair maraqlı mövzularla çıxış edən Birləşmiş Ştatların gündəlik qəzetidir. 17 may 1982-ci ildə Birləşmiş Kilsənin (dini və siyasi baxışlar) rəhbəri San Main Mun (Sun Myung Moon) tərəfindən yaradılıb. Birləşmiş Kilsə 1954-cü ildə Koreyada yaradılıb və Yevangelik xristianlara aiddir. “The Washington Times” 2010-cu ilə kimi Birləşmə hərəkatı ilə əməkdaşlıq edən beynəlxalq media korporasiyası Dünya Xəbərləri Kommunikasiyası tərəfindən idarə olunub. 2010-cu ildə Mun və keçmiş icraedicilər “The Washington Times”ı aldılar. İndi “The Washington Times” Birləşmə hərəkatının filialı Holdinq Əməliyyatları tərəfindən idarə olunur. Qəzetin gündəlik nəşri paytaxt Vaşinqton şəhərində, o cümlədən Merilənd (Maryland) və Vircinia (Virginia) ştatlarında paylanır. “The Washington Times” həftəlik kiçik formatda da nəşr olunaraq auditoriyaya təqdim olunur. Mühafizəkar mövqeli kimi tanınan bu qəzet Amerikanın keçmiş prezidenti Barak Obamanın Birləşmiş Ştatlarda doğulmadığı və onun gizli Müsəlman olması barədə məxfi informasiyaları dərc edib. Vaşinqton şəhərində Nyu-York prospektində mənzillənən “The Washington Times” 2013-cü ilin noyabr ayına olan məlumata görə, gündəlik 59185 tirajla nəşr olunur. Qəzetin baş redaktoru Kristofer Dolandır (Christopher Dolan).