İranın “Grace 1” tankeri Cəbəllütariqi tərk edib.
Yenicag.az xəbər verir ki, bu barədə yerli teleradio yayım korporasiyası “GBC News” məlumat yayıb.
Məlumatda bildirilib ki, gəmi yerli vaxtla saat 23:00-da İran bayrağı altında dənizə çıxıb.
Qeyd edək ki, İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinejad şəxsi “Twitter” səhifəsində “Grace 1” tankerinin Cəbəllütariqi avqustun 18-də, yəni bazar günü tərk edə biləcəyini yazmışdı.
Xatırladaq ki, 4 iyul tarixində ABŞ-ın tələbi əsasında Suriyaya qarşı sanksiya rejimini pozmaqda şübhəli bilinərək İrana məxsus “Grace 1” tankeri Cəbəllütariqdə saxlanılmışdı.