İranın hərbi gəmiləri Azərbaycanda – VİDEO

İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində baş tutacaq “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.