!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranın hücumları ABŞ və müttəfiqlərinə xəbərdarlıqdır” – Pol Qobl

!Reklam – Yazi

İranın son hücumu regional təhdidləri artırır və müharibə riski çoxalır.

Bunu Yenicag.az-a açıqlamasında İranın İsrailə son hücumunu şərh edən politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Pol Qobl deyib.

O, əlavə edib ki, bu hadisə Yaxın Şərqdəki gərginliyin daha da artmasına səbəb olacaq.

P. Qoblun dediyinə görə, İranın İsraili hədəf alan son hücumları Tehran rejiminin regionda öz nüfuzunu gücləndirmək və İsraili təhdid altında saxlamaq strategiyasının bir hissəsidir.

Mütəxəssis qeyd edib ki, İranın bu cür hərəkətləri həm də ABŞ və onun müttəfiqlərinə xəbərdarlıq xarakteri daşıyır:

“Bu hücumlar İranın öz daxili problemlərini, xüsusilə iqtisadi çətinlikləri və xalq narazılığını beynəlxalq münaqişələrlə ört-basdır etməyə çalışması kimi də başa düşülə bilər.

Bu, İsrailin və onun regiondakı tərəfdaşlarının daha güclü hərbi və diplomatik reaksiyalarına səbəb ola bilər ki, nəticədə də tərəflər arasında münaqişə daha da kəskinləşəcək”.

O həmçinin vurğulayıb ki, beynəlxalq cəmiyyətin bu hücumlara münasibəti də çox vacibdir və BMT kimi qurumlar vəziyyəti sabitləşdirmək üçün diplomatik vasitələrlə müdaxilə etməyə çalışacaq:

“Bu gərginlik Yaxın Şərqdə yeni təhlükəsizlik məsələlərinin meydana çıxmasına gətirib çıxaracaq və regional sabitlik uzun müddət təhlükə altında qalacaq”.

Rafi Müslümov

COP29

www.yenicag.az

110
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv