İraq-Şam İslam Dövlətinin “Kərbəla və Nəcəfi tutmaq istəyi”nin pərdəarxası
Son günlərin mövzusu İŞID. İraq Şam İslam Dövləti adlanan silahlı qrup bütün dünyanı gündəmindədir. Suriyada Əsədin yenidən prezident seçilməsindən sonra İraqa qayıdan qrup Musulu ələ keçirməklə, öz adını bir daha duyurdu.
İŞID nədir? İŞID nə zaman quruldu?
İraq Şam İslam Dövləti adlanan terrorçu qrup başlanğıcda İraq, Suriya, Fələstin və İordaniya torpaqlarında şəriət dövləti qurmaq istədiyini bəyan etmişdi.
İŞID necə quruldu?
İŞID 2004-cü ildə “Tövhid və Cihad” adıyla Əbu Musa Zerkavi tərəfindən İraqda quruldu. Sonrasında Usamə bin Ladin liderliyindəki Əl Qaidəyə qatıldı. Əl Qaidəyə qatıldıqdan sonra adını “Mesopotamiyada Əl-Qaidə” olaraq dəyişdirdi.
2006-cı ildə yayımlanan bir videoda Zerkavi, “mücahidlər Şurası Şurası” ni qurduqlarını açıqladı. İraqdakı Zerkavi, 7 İyun 2006-cı ildə ABŞ silahlıları tərəfindən bir əməliyyat zamanı öldürüldü. Yerinə Əbu Həmzə əl Mühacir keçdi. 2006-cı ilin sonlarında Əl Qaidəyə yaxın Əbu Ömər əl Bağdadi isə liderlik etdiyi “İraq İslam Dövləti” ni qurduqlarını açıqladı.
2010 ilin aprelində, ABŞ və İraq silahlı qüvvələri, Sisar bölgəsində Əbu Ömər əl Bağdadi və Əbu Həmzə əl Muhacirin qaldıqları evə ortaq əməliyyat təşkil etdi. Əməliyyatda hər ikisi də öldürüldü. Əbu Bəkir Əl Bağdadi təşkilatın yeni lideri oldu.
2011-ci ilin sonlarında Məhəmməd Colani liderliyindəki Nusra Cəbhəsi, Əl Qaidənin Suriya qolu olaraq quruldu. 9 Aprel 2013-cü ildə Əbu Bəkir Bağdadiyə aid bir səs qeydində Nusra Cəbhəsinin İraq İslam Dövlətinin müttəfiqi olduğu ifadə edildi. Eyni il, Bağdadi Nusra Cəbhəsi ilə İraq İslam Dövlətinin “İraq-Şam İslam Dövləti” adı altında bir araya gəldiyini açıqladı.
Qısa bir müddət sonra Əbu Məhəmməd Colaniyə aid bir səs qeydində iki təşkilatı bir ad altında bir araya gətirmə fikirini rədd etdi. Colani səs qeydində Əl Qaidə lideri Eymen Zevahiriyə bağlılığını elan etdi.
2013-ci ilin fevralında, Əl-Qaidə, Suriyadakı IŞİD-ı tanımadığını elan etdi və təşkilatın Suriyanı tərk etməsini istədi. Əl Qaidə Suriyadakı nümayəndəsinin Nusra Cəbhəsi olduğunu açıqladı. Nusra Cəbhəsi və IŞİD arasında bir çox cəbhədə qarşıdurmalar yaşandı. Ən sonuncusu isə IŞİD-ın Nusra Cəbhəsinin idarəsindəki Deyr Ez-Zor şəhərini öz nəzarətinə keçirməsi oldu.
IŞİD, Suriyada Mumbuc, neft zəngini Rakka və İraq sərhədinə yaxın Deyr Ez-Zor şəhərlərini əlində tutur. İraqda isə Anbar əyalətindəki Felluce və Ramadidə güclüdür. Son olaraq Mosul şəhərini də ələ keçirdi.
Əl-Qaidənin bic cocuğu
Göründüyü kimi İŞID hər nə qədər Əl-Qaidənin İraq qolu kimi yaransa da, yürütdüyü siyasət Əl-Qaidəni belə məmnun etməyib və belə bir gücdən Zəvahiri imtina edib. Və nə qədər qəribədir ki, İŞID hər nə qədər sünni silahlı təşkilatı olsa belə Suriyada əsas hədəfi Nusra və Azad Suriya Ordusudur. Yəni, İŞID öz əhatə dairəsini böyüdərkən, Əsədin deyil, məhz Əsəddən alınan əraziləri hədəf seçib. İslamla əlaqəsi olmayan qaniçən qəddarlığı ilə bölgədə ad çıxaran İŞID-ın başını kəsdiklərinin əksəri də Nusra və ASO komandirləri… Yəni, Əsədə qarşı olduğunu bəyan edən terror təşkilatı nədənsə Əsəd düşmənlərinin qanını içir… Bəlkə də “Bağdadi öldürülüb və İŞID-ı iranlı general Qasım Süleymani idarə edir” iddiası da bu səbəbdən yayılıb. Çünki son bir neçə ildə Bağdadinin üzünü görən olmayıb.
İraqda nə baş verir?
Bütün dünya İŞID-ın Musulda nəqşibəndilərlə və digər sünni əşirətlərlə birgə Malikiyə qarşı vuruşduğunu yazır. Baxmayaraq ki, İŞID təkfirçi, xəvaric və cihadçılardan ibarətdir və bu vəhhabi qruplarının başlıca düşməni nəqşilərdir. Belə olan təqdirdə nəqşibəndilərlə vəhhabilər necə bir cəbhədə döyüşürlər?
Əl-Ərəbiyyə kanalına müsahibə verən İraqın ən böyük sünni qəbiləsi olan Dileyminin başçısı Şeyx Əl Hatim bildirir ki, “biz illərdən bəri bizə zülm edən Maliki hakimiyyətini yıxaraq, İraqda adil bir hakimiyyət qurmaq istəyirik. Maliki və arxasındakı İran bizə terrorçu donu geyindirmək üçün İŞID-ı yenidən İraqa qaytarırlar”.
Eyni zamanda İraq İslam Alimləri Heyəti də Malikiyə qarşı bəyanat verərək, əsas hədəflərinin İraqa “sünni baharı” gətirmək istədiklərini bəyan ediblər. Onlar da rəsmi olaraq bildiriblər ki, İŞID-la heç bir əlaqələri yoxdur və əslində İŞID onların ən böyük şəhərlərini ələ keçirib. Onlar İŞID-ın “Kərbəla və Nəcəfi ələ keçirəcəyik” açıqlamasını da İranı ölkəyə soxmaq üçün bəhanə adlandırıblar.
Onların bəyanatında bildirilir ki, İŞID-ı yenidən İraqa gətirmək aşağıdakı hədəflər üçündür:
Hədəf 1: Əsədin legitimliyini qəbul etdirmək.
Hədəf 2: Laxlayan Maliki iqtidarını ayaqda saxlamaq.
Hədəf 3: Sünni bölgələrini nəzarət altına almaq.
Birincisi, Əsəd yenidən özünü prezident elan edəndən sonra onun legitimliyini tanıtmaq və ölkədəki digər gücləri terrorçu olaraq elan etmək üçün İŞID İraqda şouya başlayıb. Ordusu az olmaqla bərabər qanlı fəaliyyəti ilə Suriyada haqqında ən çox danışılan İŞID-la Əsəd müqayisə edildikdə, əlbəttə ki, dünya Əsədi seçəcək. İŞID-ın heç Əsədə qarşı döyüşmədiyi də nəzərə alınmayacaq.
İkincisi, Maliki iqtidarı ciddi şəkildə zəifləyib. Nə Bərzani, nə də digər güclər rəsmi Bağdadı saymırlar. Bununla yanaşı neçə illərdən bəri susan sünni qruplar Səddad Hüseynin keçmiş köməkçisi İzzət İbrahim əd-Durinin başçılığı altında silahlanaraq, Malikiyə qarşı savaşa hazır olduqlarını bəyan ediblər. Ancaq İrana bağlı media qrupları əd-Durinin İŞID-ın komandanlığı altında olduğunu bəyan etməklə, sünni ərəblərin Malikiyə qarşı üsyanını İŞID-ın ayağına yazmaq istəyirlər.
Halbuki əd-Durinin ordusu Səddamın keçmiş əsgərlərindən və nəqşibəndilərdən ibarətdir. Nəqşilərlə vəhhabilərin bir arada olmasının düşünülməsi isə məntiqsizlik və bu cərəyanlar arasındakı düşmənçiliyi bilməməkdən irəli gəlir.
İŞID-ın Suriyada qazandığı imic bütün dünyanı ayağa qaldırmışdır. Belə bir qrupun adı kifayət edir ki, İranın İraq ərazisində keçirdiyi hər hansı əməliyyata dünya sussun. O səbəbdən də İslam Qvardiyasının 3000 əsgəri artıq İraq ərazisindədir. Daha 15 min əsgər Kərbəla və Nəcəfi qorumaq üçün gələcək. Maliki cəbhəsindən bu barədə xəbər öncə yayılsa da, sonradan təkzib edildi. Səbəb isə İŞID-I Bağdada qədər gətirib, ondan sonra geri otuzduraraq, regionda anti-terror tədbirlərinin keçirilməsinə dünyanı inandırmaqdan başqa bir şey deyil. İŞID şiə bölgəsinə girə bilməyərək, sünni bölgəsini nəzarət altına almaqla kifayətlənəcək beləcə də… Eynilə Suriyada olduğu kimi nə hikmətsə, İŞID şiə bölgələrinə “girə bilmir”, sünni bölgələrində isə qətliam törədir…
İŞID-ın İraqda peyda olmasından kim nə qazandı? Əsl məsələ bundadır. Bununla İŞID-ın sadəcə Suriya deyil, bölgə üçün təhlükə olduğuna diqqət çəkildi və beləcə də Rusiya və İrana Əsədi tanıtma istəyini beynəlxalq aləmə qəbul etdirmək üçün fürsət yarandı. İŞID-ın İraqın sünni əşirətlərinin Malikiyə qarşı etirazına ortaq olması ilə sünnilərin etirazına terrorçu damğası vurularaq, Malikinin ömrü uzadıldı. İŞID-I fürsət sayan İran Kərbəla və Nəcəfi qorumaq adı altında sonunda bölgəni öz nəzarətinə keçirmək şansını ələ keçirdi.
İŞID-ı dəstəkləyən amerikan gücləri yoxdurmu? Əlbəttə var. Obamanın Yaxın Şərq siyasətinin fiaskoya uğramasını istəyən yəhudi quruluşların da işinə gəlir İŞID-ın fəaliyyəti…
Bir sözlə, maraqlar üst-üstə düşür…
İŞID isə bu çoxşaxəli oyunda beynəlxalq güclərin əlinə oynayaraq gücünə güc qatır…
Aqil ƏLƏSGƏR
“Azər Media” Analitik Araşdırma Qrupu