İranın Ermənistandakı səfirliyi Tehranın Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsi ilə razılaşdığını açıqlayıb.
“İslam Respublikası Sülh Yollarının Kəsişməsi konsepsiyasının həyata keçirilməsini dəstəkləyir, çünki regionda kommunikasiyanın genişləndirilməsinin tərəfdarıyıq. Biz Ermənistanın dinamik iqtisadi münasibətlərdə rolu üçün imkan yaratmağa kömək edəcək layihəni yüksək qiymətləndiririk”.
Bəyanatda deyilir ki, Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsi regional dəmir yolu şəbəkəsi vasitəsilə Fars və Oman körfəzləri, Qara, Xəzər dənizi və Aralıq dənizləri arasında əlaqə yaratmaq üçün nəzərdə tutulub.