!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın keçmiş Prezident köməkçisi edam edilə bilər – Vəkildən açıqlama

!Reklam – Yazi

İranın keçmiş Prezident köməkçisi və Tehranın eks-meri Məhəmməd Əli Nəcəfi edam edilə bilər.

Yenicag.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə Nəcəfinin vəkili bildirib.

67 yaşlı Nəcəfi 35 yaşındakı həyat yoldaşını öldürdüyünü etiraf etdikdən sonra onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılmışdı.

Nəcəfinin vəkili qeyd edib ki, onun öldürdüyü həyat yoldaşının ailəsi ilə danışıqlar aparılmasına baxmayaraq onlar məhkəmədən yenə də qisas hökmlərinin tətbiq edilməsin tələb ediblər. Belə olduqda isə Nəcəfiyə ölüm hökmü veriləcək.

Vəkil “Məhkəmənin qisas hökmü verməsi o qədər də uzaq bir ehtimal deyil” deyə qeyd edib.

Aqil Bəkir

www.yenicag.az

1494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv