!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın məntiqə sığmayan açıqlamaları: "Bu, Azərbaycan və Türkiyə üçün prioritet olmamalıdır" - RƏY

!Reklam – Yazi

“İrandan hər zaman belə açıqlamalar eşidə bilərik”.

Bunu Azərbaycan əhalisini təşvişə salmaq üçün İranın yaymağa çalışdığı təxribat xarakterli zəlzələ xəbərinə münasinət bildirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İran az qala Xoyda da baş verən hadisə ilə bağlı Azərbaycanı günahlandırsın:

“İran ərazisində baş verən zəlzələ ilə bağlı həm Azərbaycan, həm Türkiyə, həm də Amerikanı günahlandırdı. Məsələ burasındadır ki, əvvəlcədən məlumat olsa da, İran baş verəcək hadisə ilə bağlı heç bir tədbir görməmişdi. Çünki məsələnin mahiyyətini ciddiyə almırdı. İranın məntiqə sığmayan böhtan xarakterli açıqlamaları Azərbaycan və Türkiyə üçün prioritet olmamalıdır. İrandan hər zaman belə açıqlamalar eşidə bilərik.

Hər zaman olduğu kimi yenə də Azərbaycan-Türkiyə qardaşlığı özünü göstərdi. Türkiyədə dəhşətli dağıntılar olan bölgələrə operativ yardım göndərən ölkə Azərbaycan oldu. İki qardaş ölkənin bir-birinə dəstəyi heç bir zaman səngiməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv