Şiə məzhəbinin görkəmli mərcəyi-təqlidi, görkəmli İslam alimi, mərhum ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin oğlu Abdullah Lənkərani ilə bağlı redaksiyamızın ünvanına maraqlı fakt daxil olub.
AZERİNFO.ORG-a daxil olan məlumata görə, Abdullah Lənkərani Türkiyədə məzhəbini dəyişib.
Məlumata görə, hazırda Türkiyədə yaşayan Abdullah Lənkərani sələf əqidəsini qəbul edib. O, il yarım öncə siyasi baxışlarına görə, İrandan çıxarılıb. Belə ki, İran xüsusi xidmət orqanları onu həbs etmək istəyiblər. Lakin mərhum atasının nüfuzunu nəzərə alan hökumət onun həbs olunmasının mənfi nəticələrini hesablayaraq, ölkədən çıxarılmasına qərar verib. Öncə Azərbaycana gələn Abdullah Lənkərani daha sonra Türkiyəyə gedib. Hazırda İstanbulda yaşayan gənc ötən ilin sonlarında sələfi əqidəsini qəbul edib.
Qeyd edək ki, mərhum Lənkəraninin başqa bir oğlu Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Lənkərani bu gün də İranın nüfuzlu dini alimlərindən biridir.
Xatırladaq ki, əslən azərbaycanlı olan Həzrət Ayətullah əl-Uzma Haci Şeyx Məhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın müqəddəs Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Onun atası mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən)Ərkivan kəndindən İrana hicrət edib.