!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranın molla rejiminin cavabı verilmədikcə daha da həyasızlaşır” - Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Ümumiyyətlə, bu nə biabırçılıqdır ki, Azərbaycanda İran ruhani liderinin nümayəndəsi var?”

Bu fikirləri son həftələrdə Azərbaycana qarşı açıq düşmənçilik xətti tuan İranın Azərbaycandakı təsirlərini aradan qaldırmağın vacibliyi haqda danışan keçmiş dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran qonşu ölkələri Azərbaycanın üzərinə qaldırmağa və bizim xarici siyasət xəttimizə zərər verməyə çalışır:

“Məncə, ötən gün prezident İrandan Azərbaycana yönələn ittihamlara belə açıq və qəti cavab verməklə çox düzgün addım atdı. İranın molla rejimi “qaçanı qovmaq” xislətinə malikdir. Yəni onun cavabı verilmədikcə, daha da həyasızlaşır, yeni və çox həyasız böhtanlar uydururlar.

Bildiyiniz kimi, bu günlərdə Ermənistanın xarici işlər naziri Tehrana getdi və İran paytaxtından qızışdırıcı bəyanatlar verdi. Bunun ardınca İranın heç də səriştəli diplomata bənzəməyən yeni xarici işlər naziri rus həmkarı Lavrovun dəvətilə Moskvaya yollandı.

Göründüyü kimi, İran qonşu ölkələri Azərbaycanın üzərinə qaldırmağa və bizim xarici siyasət xəttimizə zərər verməyə çalışır. Əslində, bizim İrana münasibətdə hər hansı məsuliyyət yaradan hərəkətimiz olmayıb.

Əksinə, ermənilərin Qriqorian kilsəsi ilə qol-boyun olub birləşən iranlı mollaları İslam dininə aid etmək də doğru deyil. Əgər onlar kafir sayılmalı kəslərlə qol-qola gəzirsə və özünün sözdə qardaş dediyi ölkəyə qarşı son otuz il ərzində görünməmiş davranışlara yol verirsə, Ermənistana ayaqda qalmağa yardım göstərirsə, belə ölkəyə qarşı ən yüksək səviyyədə cavab verilməlidir.

Ümumiyyətlə, bu nə biabırçılıqdır ki, Azərbaycanda İran ruhani liderinin nümayəndəsi var? Azərbaycan İranın əyaləti deyil ki, Xameneyinin burada nümayəndəsi olsun… O baxımdan, İranın Azərbaycana yönəlik təsirlərinə tam sərtliklə qarşılıq verməli və onların ayağını ölkədən kəsməliyik”.

A.Zeynalov

www.yenicag.az

1121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv