!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın müxalifətçilərə qarşı sui-qəsd planını “Mossad” pozub - İsrail təsdiqlədi

!Reklam – Yazi

İran rəsmisi İsrail xüsusi xidmət orqanlarının “pozuculuq fəaliyyəti”ndən gileylənib.

Yenicag.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında etdiyi paylaşımda İsraili və “Mossad”ı hədəfə alıb:

“İsrailin kəşfiyyat təşkilatı “Mossad” İranın dünya ölkələri ilə əlaqələrini pozmaq, ictimaiyyətdə müsbət imicinə zərər vurmaq üçün “saxta bayraq” əməliyyatlarını icra edir.

“Mossad”ın “saxta bayraq” əməliyyatlarını qeyri-etik şəkildə və inadla davam etdirməsi bizim dünya ilə konstruktiv əlaqələr qurmağa yönəlik fəaliyyətimizi yalnız və yalnız gücləndirir”.

Açıqlamasının davamında Azərbaycan, Türkiyə və İran arasındakı üçtərəfli münasibətlərinə və Pakistan səfərinə toxunan Zərif, “Qonşularımızla möhkəm əlaqələr qurmaq əsas prioritetimizdir”, – deyə bildirib.

Bu arada İsrailin KAN radiosu İran kəşfiyyatının Danimarkada fəaliyyət göstərən müxalifətçi “Əhvaz Mübarizə Hərəkatı” (ASMİLA) üzvlərinə qarşı planlaşdırdığı iddia edilən sui-qəsd hazırlığına dair məlumatların Danimarkaya “Mossad” tərəfindən verildiyini bildirib.

Qeyd edək ki , Danimarka Polis Kəşfiyyat Təşkilatı İran kəşfiyyatının ASMLA üzvlərinə sui-qəsd planlaşdırdığını və bu çərçivədə həyata keçirilən əməliyyat zamanı İran əsilli Norveç vətəndaşının oktyabrın 21-də İsveçin Göteborg şəhərində həbs olunduğunu açıqlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi isə bu iddiaları rədd edib.

Həşim Səhrablı

www.yenicag.az

9932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv