İranın nüvə alimi uzaqdan idarə olunan silahla öldürülüb

İranın nüvə alimi Möhsün Fəxrizadə uzaqdan idarə olunan silahla qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən (Mazandaran əyaləti) Tehran əyalətinin Absard şəhəri istiqamətinə gedərkən baş verib.

Alimi 3 təhlükəsizlik maşını müşayiət edib. M.Fəxrizadə ortadakı zirehli maşında olub. Öndə gedən avtomobilə atəş açılarkən dayanmalı olub. Alim avtomobilin mühərrikində problemi olduğunu zənn edərək maşından düşüb. Bu zaman, təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb.

“Alim 4 güllə yarası alıb. Bir neçə güllə isə onun mühafizəçisinə dəyib” – deyə qeyd edilib.

COP29