İranın nüvə obyektləri barədə ŞOK İDDİA – Bu, region üçün ən qorxulu ssenari ola bilər

 

İranın yerin dərinliklərində yerləşən nüvə obyektləri “adi bombalar”la tamamilə məhv edilə bilməz və İsrailin qaya parçalayıcı bombaları onlara ancaq böyük ziyan vura bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb.

Nəşrlə söhbətində ekspertlər hesab edir ki, İranın mərkəzində qərbdən Zaqros dağları ilə əhatə olunan Nətənz nüvə obyekti yerin dərinliklərində yerləşir və bunkerdağıdan bombaların ona ciddi ziyan vurması çətindir.

“Nüvə Təhlükələri Qrupu” bildirir ki, Nətənz nüvə bazası iki mərtəbədə 50 min tutumlu sentrifuqaların yerləşdirildiyi zirzəminin üç mərtəbəsində qurulub. Nətənz bazasında həm də yerin üstündə 6 mərtəbəli mərkəz var. Mərtəbələrdən ikisi 2,5 km əraziyə malikdir və qaz sentrifuqalarının yığılması üçündür.

Qəzetlə həmsöhbət olan beynəlxalq münasibətlər üzrə ekspert Velina Çkarovanən sözlərinə görə, “Janes Satellite Image Analysis Center” təşkilatı dörd aylıq peyk görüntülərini təhlil edərək, Nətənzdə nüvə bazasının tikintinin davam etdiyi qənaətinə gəlib.

Onun fikrincə, qərb və şərq tunellərinin girişlərində yığılan torpağın həcminə görə, nüvə obyektlərinin 80-100 metr dərinlikdə tamamlandığı təxmin edilir.

“İran tərəfinin Xəzər sahillərində nüvə sınağı keçirməsi ilə bağlı iddialar məni heç də təəccübləndirmədi. Qeyd edim ki, İran rəhbərliyi bir neçə ay öncə İsrailin strateji məğlubiyyətindən danışarkən, mən bunun heç də İsrailin döyüş meydanında məğlub edilməsi yox, əksinə, Tehranın nüvə silahı əldə etməsi ilə bölgədə strateji balansı dəyişməsi olacağını qeyd etmişdim”, – deyə o bildirib.

“Böyük ehtimalla, Tehranın son aylarda proksi şəbəkəyə qarşı edilənlərə səssiz qalması, bu dumanlı vəziyyətdən istifadə edərək diqqəti yayındırması və yekun başlığı əldə etməsi üçün idi. İran İsraildən sonra Yaxın Şərqin ikinci nüvə gücü olmağa yaxındır və bu bölgədə bütün daşları yerindən oynadacaq”, – o, söyləyib.

Bundan başqa, KİV İran siyasi dairələrindəki mənbələrinə istinadla onu da vurğulayıb ki, əgər İsrail Xarq adasını vurarsa, bu, region üçün ən qorxulu ssenari ola bilər.

Nəşrlə söhbətində adının çəkilməsini istəməyən mənbə qeyd edib ki, belə olan halda, qiymətlərin hara sıçrayacağını bilmək mümkün deyil.

“Burada Çin ən çox məyus ola biləcək ölkə ola bilər. Abadan kimi neft emalı zavodu vurularsa, yerli yanacaqla təminat problemi yaranar. Lavan da İsrail üçün yaxşı hədəfdir, çünki onun tutumu 4 milyon bareldir”, – deyə mənbə bildirib.

Rafi Müslümov

COP29