Bu gün İranın Sərvabad şəhər sərhəd bölgəsində İran İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) qüvvələri ilə inqilaba zidd terror qruplaşmaları arasında atışma baş verib.
Yenicag.az xəbər verir ki, “Sepah”ın Həmzə Seyidüş-Şühəda Qərargahı məlumat yayaraq bildirib ki, atışma nəticəsində “Sepah” üzvi Seyid Hadi Ocaq aldığı güllə yarasından xəstəxanaya aparılarkən ölüb.
Məlumatda bildirilir ki, atışmada terror qruplaşmasından bir neçə nəfər öldürülüb, bir neçəsi isə yaralanıb.
Terrorçulardan çox sayda silah-sursat götürülüb.
Qeyd olunur ki, terrorçulardan bir neçə nəfəri qaçıb və “Sepah” qüvvələrin həmin terorçuların təqibindədir./APA/