İranın regional siyasətinə BAXIŞ: Zəngəzur dəhlizinə münasibət dəyişəcək? – VİDEO

Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi beynəlxalq güclərin diqqət mərkəzindir. İyulun 5-i İranda keçirilən prezident seçkiləri bu layihənin gerçəkləşəcəyi istiqamətdə ümidləri artırır. Belə ki, İranın yeni prezidenti milliyətcə azərbaycanlı olan Məsud Pezeşkianın qalib olması müsbət yöndə fikirlər formalaşdırır.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən politoloq Aydın Quliyev deyib ki, İran rejim dövləti olduğu üçün həm daxili, həm də xarici siyasəti, pis-yaxşı olmasından asılı olmayaraq, model kimi formalaşıb.

“İran kimi ölkələrin regional-beynəlxalq siyasəti, eləcə də qonşularla münasibətləri hakimiyyətə gələn şəxslərin milli kimliyi ilə müəyyən edilə bilməz. Bu səbəbdən İran Prezidenti Məsud Pezeşkianın milli mənsubiyyəti onun regional və beynəlxalq siyasətə baxışına, kursuna əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Çünki İranın xarici və daxili siyasətini ali dini rəhbər müəyyənləşdirir. Prezident isə ən yaxşı halda mükəmməl icraçı ola bilər”, – deyə politoloq bildirib.

Ətraflı videonu təqdim edirik:

Nəsimi Ələsgərli
Samir Məcidov
Məsimə Məmmədova

COP29