Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçıları dekabrın 15-də keçiriləcək sammitdə İranın Rusiyaya silah tədarükü məsələsini müzakirə edəcəklər.
Yenicag.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Brüsseldə jurnalistlərə yüksək vəzifəli Aİ nümayəndəsi bildirib.
“Bəzi nümayəndə sammitdə müzakirə üçün İranın Rusiyaya silah tədarükü məsələsini də qaldırıblar”, – o deyib.
Diplomatın sözlərinə görə, liderlər İranda insan haqlarının vəziyyətini də nəzərdən keçirəcəklər: “Görüşün yekun sənədində İranın insan hüquqlarını pozması kəskin pislənəcək”.
Qeyd edək ki, Qərb ölkələri İranın Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları verdiyini açıqlayıb. Daha sonra oxşar bəyanatlar ABŞ administrasiyasının nümayəndələri tərəfindən də səsləndirilib.