İranın sənaye şəhərində güclü partlayış oldu

İranın Germsar sənaye şəhərində güclü partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb

Məlumata görə, hələlik partlayışın dəqiq yeri və səbəbi müəyyən edilməyib. Hadisənin baş vermə şəraitini öyrənmək üçün müvafiq idarənin qüvvələri hadisə yerinə göndərilib.