!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İranın şiə cihadçılığının hədəfi sünnilərdir” – Ərəb politoloq

!Reklam – Yazi

Ərəb politoloqun fikrincə, siyasətçilər diqqəti daha çox sünni-sələfi cihadçılığına yönəldərək, bundan daha təhlükəli olan şiə çihadçılığını nəzərə almırlar.

Yenicag.Az xəbər verir ki, Türkiyənin “Timetürk” nəşrində Yaxın Şərq problemləri üzrə mütəxəssis, “Müsəlman qardaşları” təşkilatına yaxınlığı ilə seçilən politoloq Məhəmməd Muxtar Şantikinin regionda şiə cihadçılığı təhlükəsinin artdığı ilə bağlı analitik məqaləsi dərc edilib.

Məqaləsindəki “Şiə – sələfi cihadçılığı” ifadəsində İranı nəzərdə tutduğunu vurğulayan Şantiki fikirlərini belə əsaslandırıb:

“İran ideoloji müstəvidə hərəkətə keçərək, bəzi bölgələrdə hərbi milislər formalaşdırıb. İranın ideya və planlarına xidmət edən həmin milislərdən Biladu Şam, Suriya, İraq və Ərəb yarımadasında münaqişə ocağı yaratmaq üçün istifadə olunur. Yəni şiə-sələfi cihadçılığının arxasında regionun İran kimi güclü ölkəsi dayanır. Sünni-sələfi cihaddçılığı isə sünni ölkələrdən dəstək deyil, zərbə alır. Sünni-sələfi cihadçılar hər yerdə terrorçi elan edildikləri halda, şiə cihadçılar böyük ölkələr tərəfindən də qəbul olunurlar”.

Şantiki şiə cihadçılığının daha yaxşı anlaşılması üçün bir qədər keçmişə qayıtmağı tövsiyə edir:

“Şiə əqidəsində hər zaman hüzn və pərişanlıq var. Bu kədər atmosferi şiələrin xüsusi günlərində də hökm sürür. Belə ovqat isə intiqam ruhunu aşılayır. Normalda İslam dininə dəvət məqbul yollarla edilsə də, şiələr bunu qılınc və savaşla etməyə çalışırlar”.

Şankiti İran və Türkiyə ilə yaxından maraqlanan Misirli tədqiqatçı Mustafa Əl-Libadın “Hüzn baxçaları” adlı kitabından bu hissəni də məqaləsinə daxil edib:

“Məhərrəm ayının əvvəlundə Tehranda hara gedirsinizsə, hər yerdə qara bayraqlar görərsiniz. O günlərdə uşaqlar belə kədər içində oynayırlar”.

Müəllif iraqlı tədqiqatçı Əli Verdinin şiələr haqqndakı bu fikirlərinə də yer ayırıb:

“Şiələr keçmişdə döyüşdükləri qılıncları ilə bu gün çiyinlərini döyürlər. Kim bilir, bəlkə də o qılınclardan yenidən döyüşmək üçün istifadə edəcəklər. Şiə cihadçılığı bir gün lava püskürəcək vulkan kimidir. Hazırda həmin vulkan hələ yuxudadır. Ancaq gün gələcək ki, o vulkan çox şiddətlə püskürəcək”.

Bu qeydləri əsas götürən Şantikinin fikrincə, həmin vulkanın püskürəcəyi zaman artıq yetişib və onun alovları İraq, Suriya və Yəmənə qədər uzanır. İşin pis tərəfi odur ki, cihadlar adətən, qeyri-müsəlman torpaqlarında aparılsa da, Şiə cihadçılığının hədəfi sünnilərdir”.

Yenicag.Az

www.yenicag.az

1054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv