“İranla Suriya arasında gərginlik axıra qədər davam edəcək”.
Bunu Yenicag.az-a şərhində politoloq Qabil Hüseynli deyib.
İranın Suriyadan 30 milyard tələb etməsi, buna cavab olaraq da Suriyanın yeni administrasiyasının İranın Suriyaya vurduğu zərərə görə 300 milyard tələb etməsi məsələsinə toxunan analitikin sözlərinə görə, İran bu məsələdə haqsızdır:
“İran çox abırsız hərəkət edir. İrana kim demişdi ki, 30 milyard xərclə, proksi qüvvələr yarat. İran, gərək, ayıbını örtmək üçün bunlar haqqında danışmayaydı. Zənnimcə, Suriyanın mövqeyi daha tutarlıdır. Suriyanı qanın içində boğublar, darmadağın ediblər. Ona görə də beynəlxalq məhkəməyə çıxsalar, Suriyanın sübutları göz qabağındadır. İran nəyi və necə sübut edəcək? İranın tələbi boş və mənasızdır. Ona görə də bunu həyata keçirmək o qədər də asan deyil. Bu iki ölkə arasında gərginlik uzun zaman davam edəcək. Hətta deyərdim ki, axıra qədər gərginliyin qalacağı gözləniləndir”.
Səxavət Məmməd