Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İranın ultimatumuna Avropa Birliyindən sərt REAKSİYA

Avropa Birliyinin xarici işlər və təlükəsizlik təmsilçisi Federika Mogerini, Fransa xarici işər naziri Jan Yves le Driyan, Almaniya xarici işlər naziri Heyiko Mass və İngiltərə xarici işlər naziri Ceremi Hant İranın nüvə proqramıyla bağlı öhdəliklərini qismən dayandırmasıyla bağlı qərarı haqqında ortaq açıqlama veriblər.

Yenicag.az xəbər verir ki, açıqlamada İranın ultimatumunun rədd edildiyi bildirilib. Bundan əlavə, Avropa Birliyi İranı anlaşmaya sadiq qalmağa dəvət edib.

Qeyd edək ki, ötən gün İran hökuməti onlara qarşı tətbiq olunan siyasi və iqtisadi sanksiyalara etiraz olaraq, 2015-ci ildə Avropa Birliyi və sözügedən ölkələrlə birgə razılığa gəldiyi nüvə fəaliyyətini dayandırmaq qərarından qismən vaz keçdiyini açıqlayıb.

www.yenicag.az

895