İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi prezident seçkilərində namizədliyini geri götürüb.
Yenicag.az xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.
“İnqilabi Qüvvələrin birliyini qorumaq üçün və İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurasının, eləcə də bəzi alim və tərəfdarların tələbinə cavab olaraq yolu davam etdirməkdən imtina etdim və ümid edirəm ki, mənim üç qardaşım fürsətdən istifadə edərək hərəkatın inqilabını birləşdirib gücləndirəcəklər”, – vitse-prezident qeyd edib.
Haşiminin sözlərinə görə, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib./unikal