İranın xarici işlər naziri: “Müharibəyə hazırıq”

“İran mümkün müharibəyə hazırdır”.

Yenicga.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Bu, İranın qəti mövqeyidir: Biz müharibə vəziyyətinə tamamilə hazırıq. Bununla belə, biz müharibə istəmirik, sülh axtarırıq. Biz Qəzza və Livanda ədalətli sülh üçün çalışacağıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Alirez Tanqsirib bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusu ilə birbaşa toqquşma olacağı təqdirdə bir neçə plan hazırlayıb./Report/