İranın xarici işlər naziri Türkiyəyə gedir

iran-disisleri-bakani-zarif-turkiye-ye-geliyor-8691156_x_1085_oYenicag.az xəbər verir ki, Türkiyədə baş verən çevrilişə cəhddən sonra ilk dəfə İranın xarici işlər naziri Ankaraya səfər edəcək. Məlumata görə, nazirin səfəri 12 avqustda baş tutacaq.

Nazir Cavad Zərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mevlut Çavuşoğlu və baş nazir Binəli Yıldırımla görüşəcək.

Görüşdə Türkiyə-İran münasibətləri, Suriya başda olmaq üzrə digər məsələlər də müzakirə olunacaq.