Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranla Azərbaycan arasındakı “Hüdeybiyyə anlaşması”: Xudafərin müqaviləsinə bir də bu aspektdən baxaq  

Reklam: High Technic

Hər şər görünəndə xeyir, hər xeyir görünəndə şər vardır. Bu günlərin aktual mövzularından olan Xudafərinlə bağlı müqaviləyə bir də başqa prizmadan yanaşaq. Yəni, ortada bir müqavilə var, ancaq bir o qədər də mülahizə var və inanıram ki, bu müqaviləyə görə, dövləti asıb-kəsənlərin 90 faizi sadəcə, nəsə eşidib…

Nədənsə, biz də çox da dost olmayan qonşumuzla bağlanan müqavilə ilə bağlı qeydləri oxuduqca, Hüdeybiyyə anlaşmasını xatırlatdı.

628-ci ili. n martında müşriklərin əlində olan Məkkəyə girib, Kəbəni ziyarət etmək istəyən Həzrəti Peyğəmbər Hüdeybiyyədə, öz ən yaxın ətrafının belə qəbul etmək istəmədiyi, ilk dəfə Ona qarşı etiraz edilən bir müqavilə imzaladı. Buradakı məqsəd qurduğu dövləti daim inkar edən, onu yox etmək istəyən Məkkə kafirlərinə tanıtmaq, həm də müsəlmanları bir sədaqət testindən keçirtmək idi. İş ora çatmışdı ki, Həzrəti Peyğəmbər üç dəfə çağırmasına rəğmən, müsəlmanlar Ona cavab belə verməmişdilər.

Aqil Ələsgər

Müqavilədə ilk baxışdan müsəlmanlar üçün o qədər ağır şərtlər var idi ki, müsəlmanlar nə edəcəklərini, hansı qərarı verəcəklərini bilmirdilər. Lakin Hüdeybiyyədən qayıdarkən, Allahdan yeni bir ayə nazil oldu:

İnna fetahna leke fetham mübına. ((Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!) (Fəth surəsi, 1-ci ayə)

Bəli, Hüdeybiyyə təkcə, müşriklərin müsəlmanları siyasi olaraq tanıması ilə yekunlaşmadı. Savaşla alına bilməyən qalalar, Xalid ibn Vəlid kimi komandanlar İslamı tanıdılar və Həzrəti Məhəmməd bu ilk baxışda məğlubiyyət kimi görünən müqavilə ilə İslamın yayılmasının önündəki ən böyük əngəli qan tökmədən aldı.

Ulu Cavid də demirdimi ki:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü!

Bu gün bizim Kəbəmiz, Məkkəmiz olan Qarabağ da işğal altındadır. Üzümüzə gülsələr, dost-qonşu desələr də, ətrafımızdakı qonşularımızın əksəriyyətinin də güclənən Azərbaycan qarşısında Ermənistanın yanında olduğunu bilməyən yoxdur.

Aprel döyüşlərində Azərbaycanın qarşısında rusu-farsı-qərblisi olmasa, çox lələtəpələr azad edəcəyini hər kəs gördü. Dost da gördü, düşmən də.

Meydanda güclü olmaqla yanaşı diplomatik sahədə də güclü olmaqdan başqa əlacımız yoxdur.

Qayıdaq, neçə gündən bəri edilən müzakirələrə. Öncəliklə, bu müqavilə ilə bağlı bəzi detallara diqqət yetirək.

Əslində, burada işlərin aparılmasının hüquqi qaynağı 2016-ci ildəki müqavilə deyil, İranla SSRİ arasında 11 avqust 1957-ci ildə bağlanan “Araz və Ətrak çaylarından bərabər istifadə barədə Müqavilə”dir. 1981-ci ildə bu müqavilədəki şərtlər yerinə yetirilsə də, su qovşağı üçün avadanlıqların müasir standartlara cavab verməməsi ucbatından 88-ci ildən sonra İran burada yenidən tikintiyə başlamaq istəyib. Ancaq müharibə şəraiti, SSRİ-nin dağılması, İran-İraq müharibəsinin vurduğu ziyan, ən başlıcası, Azərbaycanın məsələyə isti yanaşmaması prossesi ləngidib. Ləngimə olsa da, İran bu dəfə təkbaşına işə girişib.

Yəni, İran dərə xəlvət, tülkü bəy misalı, yaranmış vəziyyətdən istifadə edərək bizim nəzarətimizdən kənarda qalan ərazidə SES tikməkdə israrlı olub və bunu təkbaşına həyata keçirmək qərarına gəlib.

Azərbaycana qarşı stabil siyasət yürütməyən, davamlı ziq-zaqlara yol verən İran o illərdə ermənilərə zirehli bunkerlər tikməyə yardım etməklə bərabər, “Araz-Ətrak Müqaviləsi”ni əsas gətirərək işğal olunmuş Cəbrayıl rayonu ərazisində SES inşa etməyə də start verir.

Və o dövrdə təməli qoyulan bu işlərə müdaxiləni Azərbaycan tərəfi Ruhani ilə başlayan bizimlə bağlı yumşalma siyasətindən sonra edə bilir. 23 fevral 2016-ci ildə Azərbaycanla İran arasında bağlanan “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında SAZİŞ” də bu yumşalmanın əsəridir və bizə həmin layihənin Azərbaycanın yurisdiksiyasına keçirilməsi üçün lazım idi.

SES-dən daha çox müzakirə olunan körpülər isə bu sazişdə yoxdur. Bu, ya İran tərəfinin dediyi kimi ötürücülər olduğu üçündür, ya da belə bir müqavilə varsa, bunun hesabı müqaviləyə əlavəni dövlətdən və prezidentdən gizlədən Azərbaycan-İran hökumətlərarası nümayəndə heyətinin rəhbərindən soruşulmalıdır.

Müqaviləyə qayıdaq. Bu yöndə səs-küy salanların əsas üstündə dayandıqları məqamlardan biri Azərbaycanın bu SES-ə görə, İrana 1 milyard dollar ödəmə öhdəliyi ilə bağlıdır. Ancaq rəsmi Tehranın belə bir tələbinin olduğuna dair heç bir fakt olmadığı kimi, müqavilədə açıq göstərilib ki, ölkəmizin İrana börcunu müəyyənləşdirmək üçün birgə komissiyanın yaradılması, məbləği 18 ay ərzində müəyyənləşdirməsi qeyd olunsa da, bu müddət uzadıla bilər və xərclər istehsal olunacaq elektrik enerjisi,eləcə də digər vasitələrlə ödəniləcək.

Azərbaycanın hidroqovşaqlara çəkəcəyi xərclər deyərkən, söhbət buradakı hidrotexniki konstruksiyalar zəncirindən – generatorlar, hidravlik-aqreqatların alınmasından, quraşdırılmasından və s. gedir.

Bütün bu rəsmi sözləri bir kənara qoysaq, Azərbaycanın bu məsələyə müdaxiləsinin birbaşa səbəbi erməni separatçılarının hidroqovşaqdan faydalanmasının qarşısını almaq olub. Sazişdə bu açıq şəkildə öz əksini tapıb:

“Tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir”.

Əgər İran buna yol verəcəksə, müqavilənin şərtlərini pozacaq tərəf biz olmayacağıq. Halbuki, biz bu müqaviləni imzalamasaydıq, dost olmayan qonşunun belə bir hüquqi öhdəliyi də olmayacaqdı. Nədənsə, müqaviləni tənqid edənlər bu maddəni də görməzdən gəlirlər:

“Azərbaycan Respublikasına məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək, qarşılıqlı razılaşma əsasında yalnız İran İslam Respublikasının ərazisində istifadə edilə bilər”.

Qısacası, “hər şər gördüyümüzdə xeyir, hər xeyir gördüyümüzdə şər vardır” misalına bu maddələr kontekstində baxdığımızda əslində müqavilələrdə Azərbaycan tərəfinin həqiqətən diplomatik manevr etdiyini görə bilirik. Bir az öncə qeyd edilən kimi, əgər yazılan şərtlərdən kənara çıxılacaqsa da, bunun məsuliyyəti İranın boynundadır. Necə ki, bu, təkcə, erməni separatçıları üçün körpü rolunu oynamır, həm də ərazisində bizim ölkəmiz üçün terror hücrələrini bəsləyir. Belə bir dost olmayan qonşunu bizim maraqlarımıza uyğun şərtlərlə hazırlanan müqaviləyə razı salmaq əslində mini Hüdeybiyyə anlaşması deyilmi?.. Nəticəni zaman göstərəcək…

Aqil Ələsgər

www.yenicag.az

1671