İranla sərhəddə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən dövr ərzində Azərbaycan-Ermənistan sərhədi boyunca ümumilikdə 211 hektar ərazidə, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan sahəsinin 77 hektar məsafəsində həyata keçirdiyi axtarış fəaliyyətləri nəticəsində ümumilikdə, 1 370 ədəd piyada əleyhinə, 1 438 ədəd tank əleyhinə mina, 218 ədəd partlamamış hərbi sursat, 50 ədəd silah və ləvazimat, 9 560 ədəd müxtəlif çaplı sursat, partladıcı, alışdırıcı vasitə aşkarlanıb.

Hazırda azad olunan ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.