!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranla sərhəddə əməliyyat: SAXLANILANLAR VAR

!Reklam – Yazi

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var.

Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 28-də saat 04 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək məqsədilə Azərbaycandan İran istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu 1-ci Şahsevən kənd sakinləri – İbrahim Teymur oğlu Quliyev və Ceyhun Rza oğlu Əhmədov saxlanılıb, üzərlərinə baxış keçirilən zaman snayper silahları üçün nəzərdə tutulan 1 ədəd universal termal nişangahı aşkar edilərək götürülüb.

Bundan başqa, may ayının 29-da saat 03:50-də “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, narkotik vasitələri qanunsuz olaraq İrandan Azərbaycan istiqamətinə gətirmək məqsədilə dövlət sərhədini pozan Tərtər rayon sakini Kamil Firuddin oğlu Tanrıverdiyev və Samux rayon sakini Ramiz Akif oğlu İbrahimli saxlanılıb.

Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram 842 qram narkotik vasitə (9 kiloqram 812 qram marixuana və 30 qram tiryək) aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv