“İranlı Ancelina Coli” həbs edildi – FOTO

“İranlı Ancelina Coli” kimi tanınan 19 yaşlı Səhər Tabar 10 il həbs cəzası alıb.

Yenicag.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Tabarın zorakılığa təhriketmə, uyğun olmayan yollarla gəlir əldə etmə və gəncləri korrupsiyaya meyilləndirmədə günahlandırıldığı bildirilib.

İranlı jurnalist Məsih Əlinejad sosial media hesabında onun 10 il həbs cəzasına məhkum olduğunu elan edib və sərbəst buraxılması üçün petisiya başladıb.

Qeyd edək ki, Tabar plastik əməliyyat keçirmədiyini, fotolarını düzəltdiyini və makiyaj edərək bu görünüşdə olduğunu bildirib.