İranlı ayətullah xalqdan üzr istədi

İranın tanınmış din xadimi Muhəqqiq Damad xalqdan üzr istəyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Nisbətən yaşlı bir din xadimi kimi mən bütün İran xalqından üzr istəyirəm. Biz islam əxlaqını təbliğ və bugünkü nəsli mehriban, mərhəmətli və zorakılıqdan uzaq tərbiyə edə bilmədik”, – deyə o bildirib.

Şəhid Beheşti Universitetinin professoru və hüquqşünas, ayətullah Mustafa Muhəqqiq Damadın sözlərinə görə, ən qaranlıq və ən çətin zorakılıq – müqəddəs və dini motivlərlə törədilən zorakılıqdır; yəni Allahın adı ilə öldürüb, qul edib, baş kəsmək.

“Tarixdə bütün müharibələr zorakılıq nəticəsində baş verib. Müqəddəs zorakılıq qədər də acı bir zorakılıq yoxdur”, – deyə o əlavə edib.