İranlı din xadiminin qız nəvələrinin açıq-saçıq FOTOLARI

Sosial şəbəkələrdə İranın nüfuzlu din xadiminin qız nəvələrinin açıq-saçıq və lüks həyatı müzakirə olunur.

Yenicag.az xəbər verir ki, bu barədə iranlı jurnalist Purya Zeraəti özünün “Twitter” hesabında yazıb:

“Tehranın cümə imamı və Ekspertlər Şurasının üzvü Məhəmməd Emami Kaşaninin qız nəvələri Vüsal və Vina Emami bu günlərdə Tehranın göbəyində əyləncəli həyat keçirməklə məşğuldurlar.

Onların babasının cümə namazlarında xalqa etdiyi davamlı tövsiyələrdən sadəcə iki nümunə:

– Övladlarınıza deyin ki, ləzzətlərdən imtina etsinlər.

– İffət və hicab hamının xeyrinədir”.