İranlı diplomat Bakıdakı əyləncə mərkəzlərinin birində ağır xəsarət alıb.
Yenicag.az Sputnik.az-a istinadla xəbər verir ki, səfirliyin diplomatı Hüseyn Yəzdani hovuza tullanmaq istəyərkən başınından ağır xəsarətlər alıb.
Doplomat açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti sabit qiymətləndirilir.
Qeyd edək ki, Hüseyn Yəzdani İranın Azərbaycandakı səfirliyinin ikinci katibidir.