“Zəngəzur dəhlizi həm də İranı mühasirəyə almaq deməkdir”.
Yenicag.az xəbər verir ki, bunu Zəngəzur dəhlizinin regiona təsiri ilə bağlı fikirlərini səsləndirən Cənubi Qafqaz üzrə ekspert Salar Seyfəddin deyib.
Onun sözlərinə görə, Rusiya XİN Bakı və Ankara tərəfindən irəli sürülən Zəngəzur dəhlizi tələbinə açıq dəstək verib.
“İran bu məsələdə mövqeyinə məhəl qoymayacağını gözləməyənlərin çoxunu təəccübləndirdi. Dəfələrlə bəyan edilib ki, bu, İranın “qırmızı xətt”idir.
Moskva məsələ ilə bağlı indiyə qədər qeyri-müəyyən mövqe tuturdu. İndi isə vəziyyət dəyişib. Avropaya enerji ixracı baxımından Zəngəzur dəhlizi həm də İranı mühasirəyə almaq deməkdir. Nəticədə İsrail strateji üstünlük qazana bilər”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli