İranlı gənc qayınatasının evində kütləvi qətl törədib

avtomatla-gullelemekİranın Kirman şəhərinin Fəhroc bölgəsində 26 yaşlı gənc ailə münaqişəsi zəminində avtomat silahla həyat yoldaşının ailə üzvlərini atəşə tutub.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Dekabrın 22-də baş verən hadisədə ölənlərdən 3 nəfəri qadın, 2-si uşaqdır.

Həyat yoldaşının ailəsi ilə ixtilafı olan gənc qayınatasının evinə gedib və yoldaşı istisna olmaqla, digərlərini atəşə tutub.

Polis hadisə barədə araşdırma aparır.

Yeniçağ.Az