Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İranlı generaldan şok açıqlama: "ABŞ-la müharibənin astanasındayıq"

İranın İnqilab Mühafizəkarları komandanı general Hüseyn Səlami gündəm yaradan açıqlamayla çıxış edib.

Yenicag.az xəbər verir ki, onun sözlərinə görə, İran ABŞ-la müharibənin bir addımlığındadı.

Hərbi yığıncaqda çıxış edən Səlami “Düşmən bütün gücünü bizimlə müharibə üçün səfərbər edib. Bu müharibə İslam inqilabının taleyini müəyyən edəcək” – deyə bildirib.

Qeyd edək ki, son günlərdə İran və ABŞ arasında gərginlik artıb. ABŞ Yaxın Şərqə öz hərbi təyyarə gəmilərini və bir çox canlı qüvvəsini yerləşdirib.

www.yenicag.az

1425