İranlı müğənni niyə saxlanıldı? – FOTO

İranlı müğənni Mehdi Yarrahi hicab tələbinə qarşı ifa etdiyi mahnıya görə saxlanılıb.

Yenicag.az Ölkə.az-a istinadən xəbər verir ki, 41 yaşlı müğənni fars dilindən tərcümədə hicab mənasını verən “Roosarito” mahnısını təqdim edib.

İfaçının cümə günü “YouTube”da paylaşılan mahnının videosunda hicabsız qadınların rəqs etdiyi görüntülər də yer alıb.

Klipin əvvəlində ölkəni ayağa qaldıran Mehsa Əmini etirazlarının şüarı olan “qadın, həyat, azadlıq” ifadəsi də yer alıb.

Mehdi ilə bağlı hüquqi proses başlanılıb. İfaçının ötən ilin oktyabrnda yayımladığı “Qadın marşı” (Soroode zan) mahnısına görə də cinayət məsuliyyətinə cəlb oluna biləcəyi bildirilib.

Mahnı xüsusilə universitet tələbələri tərəfindən nümayişlərdə tez-tez istifadə edilir.

Xatırladaq ki, Mehsa Əmini İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən geyiminin İslama uyğun olmamasından ötürü döyülərək öldürülüb. O, İran hökuməti polisi tərəfindən həbs edilib, lakin iki saatdan sonra hüquq-mühafizə orqanı əməkdaşlarının davranışının yaratdığı şiddətli qorxuya görə komaya düşüb. Mehsa Əmini İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur simvollarından birinə çevrilib.