İranlı nazirdən xəbərdarlıq: “Sonra gec olacaq”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qəzzada döyüşləri dayandırmağa çağırıb.

Yenicag.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki hesabında yazıb:

“Hərbi əməliyyatlarla girovları azad etmək mümkün deyil, onlar yalnız partlayışlar nəticəsində ölə bilərlər. Vaşinqton və Təl-Əvivin bu müharibəni davam etdirməyə qərar verməsi Qəzza zolağında və İordan çayının qərb sahilində yeni bir soyqırım aktı olduğunu göstərir. Qəzza zolağına qarşı təcavüzü dərhal dayandırın. Sonra gec olacaq!”