Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İranlı nazirin təyyarəsi təcili eniş etdi - SƏBƏB

İranın rabitə və informasiya texnologiyaları nazirini aparan təyyarə Şiraz aeroportuna təcili eniş edib.

Yenicag.az-ın məlumatına görə, nazir Məhəmməd Cavad Azəri Cəhrominin təyyarəsinin mühərrikində donma nəticəsində nasazlıq yaranıb.

Nazir prezident Həsən Ruhaninin göstərişi ilə Lorestan vilayətində seldən zərərçəkən bölgələrə gedirmiş.

Bildirilir ki, nazir başqa təyyarə ilə səfərinə davam edəcək.

Son günlər İranın 12 vilayətində güclü yağıntılar sel və daşqınlara səbəb olub. Rəsmi məlumata görə, daşqınlar nəticəsində indiyədək 62 nəfər həlak olub, infrastruktur və kənd təsərrüfatına ciddi ziyan dəyib./Trend/

www.yenicag.az

2369