Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti İranla sərhəddəki gömrük postunda rüşvət halları aşkarlayıb.
Yenicag.az xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İran vətəndaşlarından rüşvət tələb etmə və alma halları üzrə 11 fakt müəyyənləşib.
Əməli törədən Meqri gömrük məntəqəsinin müfəttişi V.M.-dir. O, 2024-cü il aprelin 5-dən aprelin 10-dək olan müddətdə İrandan Ermənistana müxtəlif növ və həcmdə yük daşıyan 11 avtomobil sürücüsündən rüşvət tələb edib. Müfəttşə ittiham irəli sürülüb və həbs edilib.
İş ittiham aktı ilə birlikdə təsdiq olunaraq məhkəməyə verilməsi üçün prokurora göndərilib.