Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İraq İsraildən təzminat tələb etdi

İraq parlamenti 38 il əvvəl – 1981-ci ildə İsrailin hava hücumu zamanı yaşanmış insan itkisi və dağıntılara görə təzminat istənilməsi haqqında qanun layihəsi hazırlayıb.

Yenicag.az xəbər verir ki, iraqlı deputat Adi Avat İsrailin həmin hücumunun açıq-aşkar beynəlxalq hüquqa və ədalətə zidd olduğunu bildirib və təzminatın haqqları olduğunu söyləyib.

Qeyd edək ki, İsrail 1981-ci il iyunun 7-də Bağdadın 17 kilometrliyində inşa edilən nüvə reaktorlarını F-16 və F-15 tipli qırıcılarla bombalayıb. Hadisə nəticəsində yüzlərlə mülki insan həyatını itirib.

www.yenicag.az

1437