Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İraq neft hasilatını azaldacaq

İraqın yeni neft naziri İhsan Əbd əl-Cabbar ilə Səudiyyə Ərəbistanın Energetika naziri Əbdül Əziz bin Salman arasında telefon danışığı olub.

Yenicag.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” İraq Neft Nazirliyinə istinadən bildirib.

Qeyd olunub ki, rəsmi Bağdad iyun-iyul aylarında və ondan sonrakı dövrlərdə neft hasilatının azaldılması ilə bağlı razılaşmalara sadiqliyini bir daha təsdiq edib.

Nazirlər arasında dünya neft bazarında yaranmış vəziyyət və Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin bu sahədə sabitləşdirmək istiqamətində səyləri diqqət mərkəzində olub.

İraqın yeni neft naziri əlavə edib ki, ölkəsi üzv ölkələrin səylərini dəstəkləyir.

Qeyd edək ki,Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabarınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə 18 iyuna təyin edilib.

Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barrel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barrel azaldacaqlar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barrel həcmində ixtisar edəcəklər.

www.yenicag.az

306
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100