İraq hərbi qüvvələri Kərkükün bəzi bölgələrində nəzarəti ələ alaraq irəliləyir.
Yenicag.az xarici KİV-ə istinadən bildirir ki, İraq Birgə Əməliyyatlar Komitəsinin verdiyi açıqlamada Kərkükdə təhlükəsizliyin təmin olunması üçün atılan addımların uğurla nəticələndiyi bildirilib: “Əməliyyat çərçivəsində Xalid körpüsü, Riyad-Xalid məktəb yolu, Məryəm Beg sərhəd keçid məntəqəsi və Rəşad-Məryəm Beg yolu nəzarətə götürülüb”.
Həmçinin açıqlamada bildirilib ki, Kərkükün şimalındakı təbii qaz yataqları, polis idarəsi və Kərkük elektrik idarəsinin də təhlükəsizliyi təmin edilib.