İraq ordusu Kərkükə girdi – Döyüş davam edir – Foto-Video

Aldığımız son məlumata görə, Tələbani öz ordusunu Kərkükdən çəkmək qərarı alıb. Bununla da İraq ordusu ilə Bərzani peşmərgələri təkbətək qalıb. Ona az sayda PKK terrorçusu dəstək verməkdədir.

***

Yenicag.az-ın türkmən qaynaqlarından aldığı məlumata görə, hazırda Kərkük uğrunda döyüş davam edir.

İraq ordusu və Haşdi Şabi qüvvələri Kərkükün cənubundaki Sənaye bölgəsində Bərzani peşmərgələri ilə döyüşürlər.

***

İraq ordusu Kərkükə doğru hərəkətə keçib.

Yenicag.az xəbər verir ki, İraqın baş naziri İbadi Kərkükdəki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün İraq təhlükəsizlik qüvvələrinə və Haşdi Şabi birliklərinə hücum əmri verib.

Buna qarşılıq olaraq, Bərzaninin Kərkükdəki əsas adamlarından olan sabiq Kərkük valisi Nəcməddin Kərim əhalini İraq ordusuna qarşı silahlanıb, dirəniş göstərməyə çağırıb. Onun əsasən kürd əhalini nəzərdə tutduğu bildirilir. Kürd qaynaqları təxminən üç min silahlı peşmərgənin Kərkük uğrunda İraq ordusuna qarşı müqavimət göstərəcəyini söyləyirlər.

***

Yenicag.az xəbər verir ki, Bərzani tərəfdarlarının Kərkükdə olduğunu inkar etdiyi PKK-çılar İraq ordusunun gəlməsi ilə meydana çıxıblar. Kərkükə gələn PKK-çı terrorçuların İsveç mənşəli AT4 anti-tank raketi ilə İraq tanklarını gözlədiklərinə dair şəkillər İraq və Türkiyənin ciddi narahatlıq duyduğu məsələdə yalan olmadığını ortaya qoyur.

***

Yenicag.az-ın Türkməneli Cəbhəsinin məsul şəxslərindən Özdəmir Hörmüzlüdən aldığı özəl xəbərə görə, İraqın xüsusi təyinatlı dəstəsinin komandanı Abdulvahab Yarullanın rəhbərlik etdiyi böyük bir dəstə Kərkükə daxil olur.

Gecə saatlarında İraq hökuməti Kərkük türkmənlərinə “Evinizi təkr etməyin” müraciəti etdikdən sonra İraqın Havica şəhərinin İŞİD-dən azad etdikdən sonra bölgədə tanınan Abdulvahab Yadulla Kərkük istiqamətində hərəkətə keçib. O, ilk olaraq, neft quyularını Bərzaninin peşmərgələrindən təmizləyəcək, daha sonra hava limanı və şəhər mərkəzini İraq hakimiyyətinin kontrolu altına salınmasını təşkil edəcək.

İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihi isə sosial media hesabından “İraq Kürd Bölgəsi İdarəetməsi mübahisəli bölgədə gerçəkləşdirdiyi fəaliyyətlərə son verməli və peşmərgələr təcili şəkildə Kərkükdən çıxarılmalıdır” yazdı.

Qeyd edək ki, bu gün İraq Milli Təhlükəsizlik Şurası Kərkükdə rəsmi təhlükəsizlik orqanlarından kənar silahlı qrupların olmaması mövzusunda bəyanatla çıxış edərək, Bərzaninin PKK terrorçularını şəhərə yığmasını “savaş elanı” olaraq, dəyərləndirmişdi.

***

Yenicag.az Türkmeneli Cəbhəsinə istinadən xəbər verir ki, türkmən qaynaqlarına istinadən xəbər verir ki, Kərkükün cənubundakı Tazehurmatu rayonunda mövqe tutan İraq ordusu və Haşdi Şabi Birlikləri dörd bir tərəfdən şəhərə doğru irəliləyirlər. 

Hazırda onların hər hansısa ciddi maneə ilə üzləşmədikləri bildirilir.

COP29