İraq Rusiyadan silah alır

b0eff798edbe6dd229211bf745943344İraqın baş naziri Heydər əl-Abadi Rusiya paytaxtına gəlib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, əl-Abadinin səfərinin əsas məqsədi silah alışı ilə bağlı razılıq əldə etməkdi.

Bu gün İraqın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. əl-Abadi silah təchizatı ilə yanaşı Rusiya prezidenti ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, İraq ötən il Rusiyadan qırıcı təyyarələr və hərbi helikopterlər almışdı.