İraq türkman aydınları “Yeni Çağ”da – VİDEO – FOTO

Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmsəddin Küzəci, İraq Türkman Birliyi və Həmrəylik Dərnəyinin sədri Kürşad Çavuşoğlu, “Türkmaneli” qəzetinin baş redaktoru Necat Kevsəroğlu Azərbaycanda səfərdədirlər.

Yenicag.az xəbər verir ki, İraq türkman aydınlarının Bakıya səfərinin əsas məqsədi böyük alim Ata Tərzibaşının ölümünün 2-ci ildönmünə həsr olunan tədbirlərdə iştirak etməkdir.

Bu barədə məlumat verən Şəmsəddin Küzəcinin sözlərinə görə, Ata Tərzibaşının anım tədbirləri Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilib, Yazıçılar Birliyində də keçirilək.

Şəmsəddin Küzəci, Kürşad Çavuşoğlu və Necat Kevsəroğlu Bakıya səfər çərçivəsində bu gün “Yeni Çağ” Media Qrupunu da ziyarət ediblər.

İraq Türkman Birliyi və Həmrəylik Dərnəyinin sədri Kürşad Çavuşoğlu “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərə “İraq türkmanlarına göstərdiyi dəstəyə görə” Təşəkkürnamə, Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmsəddin Küzəci isə Aqil Ələsgərə “Xidmət mükafatı” təqdim edib. Necat Kevseroğlu isə İraq Türkman Cəbhəsinin lideri Ərşad Salihinin adından Xüsusi Mükafatı baş yazara təqdim edib.

Türkman aydınlar Azərbaycanda görüşləri davam etdirirlər.

COP29