!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İraq türkmanlarından Azərbaycana DƏSTƏK: "İşğal heç vaxt qəbul edilməyəcək"

!Reklam – Yazi

İraq Türkmən Cəbhəsinin (İTC) rəhbəri Ərşad Salihi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

İTC qərargahından yenicag.az-a verilən məlumata görə məktubda deyilir:

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonuna silahlı hücum təşkil etmiş, ancaq bu cəhdin qarşısı qəhrəman Azərbaycan əsgəri tərəfindən alınmışdır. Əvvəla, Ermənilərin tutduğu bu şiddət dolu təcavüzkar mövqeyi qınayır, həyatını itirən bölünməz və uca Türk dünyasının bir parçası olan dost və qardaş Azərbaycanlı şəhidlərə Allahdan rəhmət, Azərbaycan xalqı və hökumətinə baş sağlığı, yaralılara şəfalar diləyirik.

Azərbaycan əsgərinin sərgilədiyi qəhrəmanlıq ermənilərin illərdir beynəlxalq hüququ tapdalamasının və təcavüzkarlığının qarşılıqsız qalmayacağını göstərdi.

Bu hadisə bir daha Azərbaycan və Türk torpağı olan Dağlıq Qarabağın və onun ətrafındakı torpaqların ermənilər tərəfindən işğalının heç vaxt qəbul edilməyəcəyini, şanlı Türkün mübarizəsi ilə qarşılaşacağını və əsla qalib gələ bilməyəcəyini göstərdi.

Erməni tərəfini hüquqa uymağa, işğal etdiyi ərazilərdən geri çəkilməyə və ağlı başında davranmağa çağırırıq.

Digər tərəfdən, ermənilərin yaratmağa çalışdığı vəziyyətə qarşı beynəlxalq birliyi təcili şəkildə buna etiraz etməyə və lazımi hüquqi zəminin yaradılması üçün erməni tərəfinə təzyiq göstərməyə çağırırıq.

Bizlər İraq Türklüyü olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bir daha vurğulayır, Türk dünyasının bölünməz bütünlüyünün və qardaşlığının hər zaman xəyanət və qanunsuzluğa qarşı dik duruşunun qalib gələcəyindən əminliyimizi ifadə edirik”.

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv