İraq türkmənlərindən Hüseyin Büyükfırata mükafat – Fotolar

TÜİB sədri Hüseyin Büyükfırat İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin “Kərkükdən səsləniş” kitabının  təqdimetmə mərasiminə qatılıb. 

Yenicag.az xəbər verir ki, tədbirdə çıxış edən TÜİB sədri, iş adamı Hüseyin Büyükfırat isə doğulub boya-başa çatdığı Urfa vilayətinin Kərkük və Azərbaycanla yaxın əlaqələrinin olduğunu söyləyib. Büyükfırat qeyd edib ki, hazırda Urfada Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin izləri var:

“Bizləri ortaq soy-kök, ortaq tarix birləşdirir. Daha əvvəl də bu əlaqələrimizi gücləndirmək üçün müxtəlif layihələr həyata keçirmişik. Fürsətdən istifadə edərək Şəmsəddin qardaşımızı kitabının işıq üzü görməsi münasibətilə təbrik edirəm”.

Tədbirdə İraq Türkmən Mədəniyyət, Sənət və Ədəbiyyatına göstərdiyi xidmətlərə görə, Kərkük Mədəniyyət Mərkəzinin təsis etdiyi mükafatı Hüseyin Büyükfırata İraqın ölkəmizdəki səfiri Fazil Avvad və dr.Şəmsəddin Kuzəçi TÜİB sədrinə təqdim ediblər. 

Qeyd edək ki, Hüseyin Büyükfırat 2011-ci ildə Türkiyədə ilk dəfə Şəmsəddin Kuzəçi ilə birlikdə “Urfa-Kərkük” Platformunu quraraq, iki qardaş şəhərin sənət-mədəniyyət günlərini keçirmişdilər.